Babək Niftəliyev ETİRAF ETDİ: "Tamaşaçılar buna görə məni qınayırdı"

media-hightechnic-468x90

“Elə aparıcılar var ki, onların verilişinə getmirdim”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri xanəndə, Əməkdar artist Babək Niftəliyev “İbo şou” verilişində deyib.

Xanəndə, vaxtilə bayağı ifaçılarla eyni verilişlərə çıxdığı üçün tamaşaçıların qınağına tuş gəldiyini bildirib:

“Həmişə öz sanbalımı qorumuşam. Milli Konservatoriyanın müəllimiyəm, bayağı ifaçı ilə eyni verilişdə ola bilmərəm. Çünki tamaşaçı da məni qınayır. Dəfələrlə deyiblər ki, “Babək müəllim, siz sənətkarsınız, niyə elə ifaçılarla efirə çıxırsınız?” Buna görə əvvəllər verilişlərə gedəndə kimlərin qonaq olduğunu soruşurdum. Bəzən də gəlib görürdüm ki, deyilən o müğənnilər verilişdə yoxdur. Buna görə də elə aparıcılar var idi ki, onların verilişinə getmirdim. Bilirdim ki, sualları ilə ortalığı qarışdıracaq. Amma indi televiziyalarda qadağalar qoyuldu və efirlərdən bayağılıq yığışdırıldı. Bunu alqışlayıram”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05