Bağbanlar kəndində gözəldi, bahar!

media-hightechnic-468x90

received_m_mid_1406097159281_085d97c82a32fa6a11_0Gənc şair Fuad Biləsuvarlının yeni “Bağbanlar” şeiri:

Bahar!..

Qoynunda doğulub göz açdığım yer,
Hər yerdə hüsnündən söz açdığım yer.
Darıxsam yanına tez qaçdığım yer,
Bağbanlar kəndində gözəldi, bahar!

Boyanıb yenə də təbiət zərə,
Yaradıb çəməndə gözəl mənzərə.
Burda rast gəlmərik fitnəyə, şərə,
Bağbanlar kəndində gözəldi, bahar!

Quşların səsiylə, suların səsi,
Lap valeh eyləyir gələn hər kəsi.
Bülbülün cəh-cəhi, şirin nəğməsi,
Bağbanlar kəndində gözəldi, bahar!

Baharın addımın səsin eşitcək,
Uçur qaranquşlar, gəlir sevincək.
Yuxular çin olur, arzular gerçək,
Bağbanlar kəndində gözəldi, bahar!

Canlanır təbiət, oyanır torpaq,
Gözümə yamyaşıl görünür yarpaq.
Ulduzlar içində kəndim çilçıraq,
Bağbanlar kəndində gözəldi, bahar!

Canda qan qaynayır, çaylarda sular,
Qızlar da yolunu çay üstən salar.
Hamısı Allaha səcdələr qılar,
Bağbanlar kəndində gözəldi, bahar!

Əynindən çıxartdı qış libasını,
Kəndimiz dəyişdi qar havasını.
Qələm yazdan aldı söz mayasını,
Bağbanlar kəndində gözəldi, bahar!

Könüllər coşaraq duyğusal oldu,
Qızları Leyliyə bir misal oldu.
Baharda nəsibim xoş vüsal oldu,
Bağbanlar kəndində gözəldi, bahar!

Hər gülü, çiçəyi – yeni bir şeir,
Doymuram nə qədər etsəm də seyr.
Fuada gələnlər, gedənlər deyir,
Bağbanlar kəndində gözəldi, bahar!

Müəllif: Fuad Biləsuvarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600