Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə test imtahanı başa çatdı
Məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçası) tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə test imtahanı başa çatıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Yenicag.az-a verilən məlumata görə, imtahanda ümumilikdə 4 371 namizəd iştirak edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələrinin nəticələri idarələrin rəsmi internet saytlarında və sosial şəbəkə hesablarında dərc olunacaq.
Keçid balını toplamış və vakansiya seçimi etmiş namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimetmə, məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq, peşəyə yanaşma və dəyərlər istiqamətlərində suallar təqdim ediləcək. Müsahibə mərhələsində uğur qazanan və test imtahanında ən yüksək nəticə göstərən namizədlər işə qəbul ediləcək, uğur qazanmış digər iştirakçılar isə ehtiyat siyahısında saxlanılacaq.