Bakalavrların nəzərinə!
Magistraturaya sənəd vermiş bakalavrların nəzərinə!
Yenicag.az anspress-ə istinadən bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bakalavrlara müraciət edib.
Magistraturaya qəbul olmaq istəyən bakalavrlar “İmtahana buraxılış vərəqi” ni çap edə bilərlər.
Buraxılış vərəqini çap etmək üçün https://eservices.tqdk.gov.az/brxvmag/?frm=egov linkinə daxil olmaq kifayətdir.
Xatırladaq ki, magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılıb. İmtahanda iştirak etmək üçün bakalavr fevralın 3-dən 12-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə(eservices.tqdk.gov.az/erizemag/erize) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PIN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı “Bakalavrın elektron ərizəsi” formasını doldurub, onu özü təsdiq edib.
İmtahan iki mərhələdə keçiriləcək. Birinci mərhələ fevralın 23-də baş tutacaq. Müvafiq bal toplayaraq ikinci mərhələyə keçənlər isə mayda ikinci dəfə imtahan verəcəklər.