Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə abunəçilərinə sərfəli qiymətə daha ÇOX danişmaq imkanı verən tam yeni CİN1 və CİN5 tariflərini təqdim edib.
Yeni istifadəyə verilmiş CİN1 təklifi sayəsində müştərilər həftədə sadəcə 1 AZN ödəməklə 100 dəqiqə (həftə ərzində istifadə üçün 50 şəbəkədaxili dəqiqə və həftə sonu ərzində istifadə üçün 50 şəbəkədaxili dəqiqə) və 50 SMS əldə edəcəklər. Bu təklifdən həm yeni, həm də cari Bakcell abunəçiləri yararlana bilərlər. Həmçinin, CİN1 tarifi ilə yeni nömrə alan bütün abunəçilərin hesabına əlavə olaraq 2 AZN və 120 Mb İnternet bonus əlavə ediləcək.
CİN5 tarifi ilə isə abunəçilər ayda sadəcə 5 AZN ödəyərək 600 dəqiqə (həftə ərzində istifadə üçün 300 şəbəkədaxili dəqiqə və həftə sonu ərzində istifadə üçün 300 şəbəkədaxili dəqiqə) və 300 SMS əldə edib bol ünsiyyət sevinci yaşayacaqlar.
“Biz istəyirik ki, dəyərli abunəçilərimiz dəqiqələrə xərclənən pulu fikirləşmədən öz yaxınları ilə istədikləri qədər sərbəst danışa bilsinlər. CİN1 və CİN5 tarifləri abunəçilərə çeviklik və ünsiyyət rahatlığı təmin etmək üçün yaradılıb və bu təkliflərdən yararlanan müştərilər daha çox ünsiyyət imkanı əldə edəcəklər”, deyə Bakcell şirkətinin baş marketinq direktoru Todor Dimitrovski bildirib.
Yeni CİN tariflərinə qoşulmaq asandır. CİN1 tarifinə qoşulmaq üçün *301#YES kodunu, CİN 5 tarifinə qoşulmaq üçün isə *305#YES kodunu yığın.
“Müasir mobil rabitə xidmətləri istifadəçilərinin tələbləri gündən-günə dəyişməkdədir. Biz isə onların tələb və gözləntilərini qarşılamaq üçün öz xidmətlərimizi daha rahat etməyə çalışırıq. İnnovasiya sahəsində özünü doğrultmuş lider olan Bakcell öz müştərilərinə yenilənmiş, rahat və maraqlı təkliflər verməyədavam edəcək”, deyə Todor Dimitrovski əlavə edib.
Yeni CİN1 və CİN5 tarifləri və Bakcell şirkətinin digər sərfəli təklifləri barədə daha ətraflı məlumatı www.bakcell.com səhifəsində əldə etmək olar.
www.yenicag.az