Bakı ilə Rio de Janeyro arasında protokol imzalandı

media-hightechnic-468x90

88368Braziliyanın Rio de Janeyro şəhərində Bakı Şəhər İcra Hakimiyyəti ilə Rio de Janeyro şəhəri arasında Əməkdaşlıq Protokolu imzalanıb.

Sənədi Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov və Rio de Janeyro Şəhər Meriyasının beynəlxalq əlaqələr departamentinin rəisi Laudemar Agiyar imzalayıblar.

Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, protokol iki şəhər arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsini nəzərdə tutur.

Diplomat həmsöhbətinə Bakının zəngin tarixi və mədəniyyəti, müasir inkişafı, habelə şəhərin ev sahibliyi edəcəyi mötəbər beynəlxalq tədbirlər, o cümlədən birinci Avropa Oyunları barədə məlumat verib.

L.Agiyar Rio de Janeyro şəhərinin tarixi, müasirliyi və burada keçiriləcək 2016-cı il Yay Olimpiya Oyunları haqqında danışıb. O, bu il Rio de Janeyronun 450 illiyinin qeyd edildiyini söyləyib.

Görüşdə Bakı və Rio de Janeyro arasında ikitərəfli əməkdaşlığın konkret perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600