“Keşlə”nin baş məşqçisi Yuri Maksimov istefa verib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti də rəsmən təsdiqləyib:
“Keşlə” FK-nın rəhbərliyi əsas komandanın baş məşqçisi Yuri Maksimovla görüş keçirib və görüşdə tərəflər yolların ayrılması barədə ortaq razılığa gəliblər. “Keşlə” FK-nın rəhbərliyi ukraynalı mütəxəssisə gələcək karyerasında uğurlar arzulayır”.
Qeyd edək ki, ukraynalı mütəxəssisin istefasına səbəb kimi klub rəhbərliyinin irəli sürdüyü şərtlərin onu qane etməməsi göstərilir:
Xatırladaq ki, ötən mövsümdən “Keşlə”ni çalışdıran Maksimov bu komandaya ölkə kubokunu və Avropa Liqasına vəsiqə qazandırıb. Lakin paytaxt klubu Avroliqadakı ilk sınağında “Baltsan”la (Malta) səfər oyununda 1:4 hesabıyla uduzmaqla mərhələ adlamaq şansını azaldıb. Bu komandalar arasındakı cavab görüşü iyulun 19-da Bakıda keçiriləcək. “Keşlə”ni həmin oyuna köməkçi məşqçi Zaur İsmayılovun çıxarması gözlənilir.
www.yenicag.az