Bakı klubunun baş məşqiçisi istefa verdi

media-hightechnic-468x90

91578Bakının “Azəryol” klubunun baş məşqçisi Jeremi Estes komandadan ayrılıb. Yenicag.az qafqazinfo-ya istinadən  xəbər verir ki, buna çalışdırıcının sağlamlığında yaranan problemlər səbəb olub.

Klub rəhbərliyinin dəstəyi ilə bir neçə dəfə müayinə olunan amerikalının durumunun ciddi olduğu aşkarlanıb. Həkimlər ürəyində problemin olduğu üzə çıxan Estesə ciddi müalicə olunmağı tövsiyə edib.

Müalicə müddətində voleyboldan kənarda qalması zəruri olan çalışdırıcıya stress keçirməmək tapşırılıb. Durumu ilə bağlı sevimli işiylə məşğul olmasına qadağa qoyulan Estes klub rəhbərliyinə müraciət edib.

“Azəryol” rəhbərliyi yaranmış vəziyyətlə əlaqədar iclas keçirib. Yığıncaqda işindən razı qaldıqları Estesin sağlamlığının daha vacib olduğu vurğulanıb. Bu üzdən baş məşqçiyə komandadan ayrılmaq istəyi müsbət dəyərləndirilib.

Qeyd edək ki, Aleksandr Çervyakovun ötən ayın ortalarına təsadüf edən istefasından sonra bu posta təyin olunmuşdu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600