!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı Metropolitenində yenilik: Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətə başladı

!Reklam – Yazi

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti stansiyaların girişində əlilliyi olan şəxslərin metro xidmətlərindən istifadə etməsi üçün şəraitin yaradılmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, artıq bir neçə aydır bununla bağlı xüsusi xidmət fəaliyyət göstərir: “Bu barədə Kütləvi İnformasiya Vasitələrində kifayət qədər məlumatlar dərc edilir. Belə ki, əlilliyi olan şəxslər, eləcə də digər səbəblərdən pilləkənlərdən enə bilməyən, eskalatorla düşmək qabiliyyəti olmayan şəxslər Metropolitenin xüsusi xidmətindən istifadə edə bilər. İstifadə qaydası isə çox sadədir. Vətəndaş mobil tətbiq (Mobile Appilication) vasitəsilə bu xidməti sifariş edə bilər. Sifariş əsasında isə hansı imkanlar varsa, o imkanlardan istifadə edilərək vətəndaşa yardım göstərilir. 24 saat öncədən tutmuş, 1 saat öncəyə qədər sifariş qəbul edilir və həmin şəxs metronun girişində qarşılanaraq istədiyi mənzilə qədər rahat şəkildə yola salınır. Bunun üçün qatarlarda da müvafiq yerlər ayrılıb. Xüsusilə qeyd etmək istəyirəm ki, metropoliten əlil arabaları da alıb. Biz bu xidmətin monitorinqini də aparırıq, sərnişinlər çox rahat və şəffaf şəkildə heç bir problemsiz bu xidmətdən istifadə edirlər. Gələcəkdə isə bu xidmətin daha da təkmilləşdirilməsi və inkişaf etidilməsi nəzərdə tutulub”.

Metropoliten rəsmisi əlavə edib ki, bu məlumatı yayan şəxslərin ya bu xidmətdən məlumatları yoxdur, ya da bunu hansısa başqa bir məqsədlə ediblər: “Bizim belə bir xidmətimiz var və bu xidmət könüllü şəkildə vətəndaşlar tərəfindən istifadə edilir”.

COP29

www.yenicag.az

1190
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv