Bakı metrosunda həyəcanlı anlar - Sərnişinlər qatardan boşaldıldı

media-hightechnic-468x90

Bu gün səhər saatlarında “Bakı Metropoliteni”nin “Memar Əcəmi” stansiyasında Dərnəgül-Həzi Aslanov istiqamətində gedən qatarda problem yaranıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, hadisə saat 08:05-də baş verib:

“Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarın vaqonlarının birinin qapısında nasazlıq yaranıb. Bu səbəbdən maşinist təlimata uyğun olaraq sərnişinlərdən qatardan boşaldılmasını xahiş edib və qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə əlavə qatar buraxılıb. İntervalda gecikmə yaranmayıb”./Trend/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa