Bu gün saat 18:45-də 1977-ci il təvəllüdlü, Bakı şəhər sakini Nuriyev Sabir Siyavuş oğlu həyatını təhlükəyə ataraq 14 saylı marşrut üzrə hərəkət edən qatarın 1-ci və 2-ci vaqonlarının arasında getməyə cəhd göstərib.
Bu barədə Yenicag.az-a “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, metropoliten əməkdaşları “Gənclik” stansiyasında hadisənin qarşısını almaqla yanaşı yaşana biləcək bədbəxt hadisəyə də mane olublar.
Adıçəkilən şəxs polis əməkdaşlarına təhvil verilib.
Bakı metropolitenində poliş şöbəsinin əməkdaşları tərəfindən faktla bağlı araşdırma aparılır.
www.yenicag.az