Bakı metrosunda təhlükəsizlik gücləndirildi

media-hightechnic-468x90

snimok-ekrana-2016-01-07-v-13-43-31Bakıda metro stansiyalarında polis nəzarəti gücləndirilib.

AzVision.az xəbər verir ki, metronun bütün stansiyaları polis tərəfindən ciddi mühafizə edilməyə başlayıb. Metro stansiyasına daxil olan bütün sərnişinlər xüsusi qurğularla fərdi halda ciddi yoxlanılandan sonra stansiyalara buraxılır.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, cəbhədəki vəziyyətlə bağlı metro stansiyalarında baş verə biləcək hər hansı təxribatın qarşısını almaq üçün polis metro stansiyalarında təhlükəsizlik tədbirlərini gücləndirib:

“İndi metro stanasiyalarında təkcə giriş-çıxışlarda deyil, stansiyaların hər yerində, platformalarında da polis əməkdaşları təhlükəsizlik tədbirlərinə cəlb edilib. Bütün metro stansiyalarında təhlükəsizlik tədbirləri gücləndirilib”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600