!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı qeydiyyatında olanlar rayondan necə gələcək?

!Reklam – Yazi

“Daha əvvəl rayona getmiş Bakı qeydiyyatında olan şəxslər paytaxt ərazisinə keçdikdən sonra SMS icazə almaqla ünvana gedə bilər”.

Bu barədə “Report”a Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyib.

O qeyd edib ki, həmin şəxslər Ələt postunda Bakının inzibati ərazisinə daxil olduğu zaman hərəkət eləməyinə icazə almaq üçün mütləq SMS göndərməlidir:

“Həmin şəxs hərəkət etməyinə icazə aldıqdan sonra artıq Bakıya mənzilinə gələ bilər. Ola bilər ki, həmin şəxslər 2-3 aydır rayona gedib, orada qalıb, zərurətlə əlaqədar da evinə qayıtmalıdır. Həmin şəxslər Bakı qeydiyyatında olmasına baxmayaraq, onun paytaxt ərazisində hərəkət eləməsi üçün ən azı SMS icazəsi olmalıdır”.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edilib.

Qərara əsasən, sərt karantin rejimi 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək.

www.yenicag.az

848
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv