Bakı sakininə xəsarət yetirilərək soyğunçuluq edildi

media-hightechnic-468x90

Bakı sakinin başına xəsarət yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən xəbər görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə sentyabrın 23-də gecə saatlarında 2 nəfərin Şamaxı rayon sakini M.İsgəndərovun başına xəsarət yetirərək soyğunçuluq yolu ilə cibindən 200 manatını talamaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Hüseynəli Abdullayev və Saatlı rayon sakini Valeh Mürşüdov müəyyən olunaraq saxlanılıblar.

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600