!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakı-Sumqayıt marşrutunda gediş haqqı açıqlandı

!Reklam – Yazi

594 nömrəli Bakı-Sumqayıt ekspres marşrutu dekabrın 9-dan fəaliyyətə başlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, sərnişinlərin daşınması “BakuBus” MMC-nin 17 “Neoplan” markalı avtobusları ilə 8 dəqiqəlik hərəkət intervalı ilə həyata keçiriləcək.

“Sumqayıt Avtovağzalından yola düşən avtobusların aralıq dayanacaq məntəqələri “Bağça Şəhər” yaşayış kompleksi, Sumqayıt dairəsi və Ceyranbatan qəsəbəsi, son dayanacağı isə “20 Yanvar” metrostansiyası (“Azərsu” ASC-nin inzibati binasının yaxınlığı) təyin edilib.

Əks istiqamətdə isə başlanğıcını metrostansiyanın Sumqayıt istiqamətinə olan çıxışında götürən avtobuslar marşrut üzərindəki eyni dayanacaqlarda saxlamaqla hərəkət edəcək.

Sumqayıtdan avtobusların ilk çıxışı saat 05:50, Bakıdan saat 06:20-də, son çıxışı isə Sumqayıtdan saat 22:30, Bakıdan saat 23:00-dadır.

Ekspres xətt üzrə gediş haqqı 0.80 AZN müəyyən edilib və ödənişlər nağdsız qaydada həyata keçiriləcək”.

www.yenicag.az

146
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv