!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 2 yaşlı qızın öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI(Yenilənib)

!Reklam – Yazi

usaq_pencereDünən Bakı şəhərinin Pirallahı qəsəbəsində azyaşlı qızın ölümü ilə nəticələnən dəhşətli hadisənin təfərrüatı məlum olub.

Lent.az-ın məlumatına görə, beşmərtəbəli binanın beşinci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılaraq ölən Arzu Abışzadənin 2 yaşı keçən ayın 19-da tamam olubmuş. O, dünən özündən 2 yaş böyük qardaşı ilə mənzildə oynayırmış. Uşaqlar yataq otağında hündürlüyə çıxıb özlərini yatağın üstünə ataraq əylənirmiş. Bu zaman pəncərəyə çıxan 2 yaşlı Arzu müvazinətini itirib və pəncərədəki qoruyucu tora tərəf yıxılıb. Pəncərəyə bərkidilmiş tor uşağın ağırlığından yerindən çıxıb və azyaşlı yerə yıxılıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

2 yaşlı qızcığazın pəncərədən necə düşdüyünü təkcə 4 yaşlı qardaşı görüb.

Hadisə yerindən pəncərəyə quraşdırılmış qoruyucu tor götürülüb.

Azyaşlılar oynayarkən onların anası evdə olub və məişət işlərini görürmüş.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, pəncərələrə bayırdan bərkidilən və ağcaqanadların evə dolmasının qarşısını alan qoruyucu torlar bir çox hallarda asanlıqla yerindən çıxır. Bəzən bu torlar güclü küləyin təsiri nəticəsində də yerindən boşalaraq düşür.

———
12:36

Pirallahı rayonunda 2 yaşlı uşaq evlərinin pəncərəsindən yıxılaraq ölüb.

Hadisə rayonun Pirallahı qəsəbəsində baş verib.
2014-cu il təvəllüdlü Arzu Abışzadə Pirallahı qəsəbəsi, ev 14 ünvanında 5-ci mərtəbədə yerləşən mənzillərinin pəncərəsindən yıxılaraq ölüb.

Araşdırma aparılır.(report)

www.yenicag.az

710
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv