!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda 5 məktəbli buraxılış imtahanlarında maksimum nəticə göstərdi

!Reklam – Yazi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 5 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.

Yenicag.az xəbər verir ki, martın 3-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 146 nömrəli tam orta məktəbin şagirdi Qasımova Fatimə, 257 nömrəli tam orta məktəbin şagirdi Rüstəmli Fidan, 144 nömrəli tam orta məktəbin şagirdi Rzabəyli Aydan, 118 nömrəli tam orta məktəbin şagirdi Məmmədli Fatimə, 299 nömrəli məktəb-liseyin şagirdi Ağazadə Nərmin 300 bal toplayıblar.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.

COP29

www.yenicag.az

201
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv