Bakıda AĞIR qəza: Xəsarət alanlar var - FOTO

media-hightechnic-468x90

Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Nardaran qəsəbəsində yerləşən “Sea breeze” hotelinin yaxınlığında qeydə alınıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, hərəkətdə olan “Range Rover” və “Kia” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində avtomobillərdən birində iki nəfər sıxılı vəziyyətdə qalıb. Hər iki şəxs ağır xəsarət alıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və FHN əməkdaşları cəlb olunub.

Hazırda xilasetmə əməliyyatı aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600