Bakıda aksiya keçirilir

media-hightechnic-468x90

120726_res_01“Azərinşaat” MMC-nin yol tikintisində işləyən və may ayından maaşını ala bilməyən fəhlələri bu gün-dekabrın 7-də növbəti dəfə şirkətin ofisi qarşısında etiraz aksiyasına toplaşıb.

Aksiyada iştirak edən fəhlələrdən birinin -Hidayət Mərdanovun virtualaz.org saytına verdiyi məlumata görə, 50-yə yaxın fəhlə onlara çatacaq əmək haqlarının ödənilməsini tələb edir.

Lakin şirkətdən onlara pulun ödənilməyəcəyini deyiblər: “Bizə dedilər ki, siz qeyri-qanuni işçi olmusunuz. Yəni iddia edirlər ki, biz şirkətin rəsmi işçiləri olmamışıq. Buna görə də əməkhaqqı ödənilmir”.

H.Mərdanov qeyd etdi ki, məvaciblər ödənilməyəcəyinədək aksiya keçiriləcəklər: “Biz Şamaxı, Lənkəran-Astara yolunun çəkilişini həyata keçirmişik. Hamımız fəhləlik etmişik. İndi pulumuzu ala bilmirik, acıq. Tələb edirik ki, pullarımızı versinlər”.

Fəhlələr maaşlar ödənilməyəcəyinədək “Azərinşaat” MMC-nin qarşısından getməyəcəklərini deyiblər.

Bundan əvvəl şirkətin işçilərinin bir qisminin əmək haqqı sifarişçi təşkilat olan “Azəryolservis”dən ödənilmişdi.

media-ziraat-728x90

Bakıda aksiya keçirilir

media-hightechnic-468x90

mnkjjkjuHazırda Xətai rayonu, Babək prospektində yerləşən “maşın bazarı”nda bir qrup satıcı etiraz aksiyası keçirir. 

Aksiya keçirən satıcılar yer haqlarının qaldırılmasına etiraz edirlər. Onlar bazarın müdiri Rasim Salmanovla görüş tələb edirlər. Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Aksiya iştirakçılarının təkidinə baxmayaraq, bazar rəhbərliyi onlarla görüşmək istəmir.

Bazarda işləyənlərin sözlərinə görə, bazarın müdiri Rasim Salmanov gözlənilmədən yer haqlarını 150-350 manat arasında qaldırıb. Bu barədə bazarda çalışanlara heç bir səbəb göstərməyən rəhbərlikdən bildirilib ki, iyunun 1-dən yeni qayda ilə yer haqlarının yığılmasına başlanılacaq.

Məsələ ilə bağlı bazar rəhbərliyi ilə görüşməyə çalışdıq. Rasim Salmanovun oturduğu ofisdən bizə bildirdilər ki, müdir xaricdədir və bütün bu iddialara özü gələndən sonra cavab verəcək. “Maşın bazarı”nda baş verənlər haqqında daha ətraflı məlumat verəcəyik.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600