Bakıda avtomobillə vurulan piyada təcili yardım xərəyindən düşərək öldü - VİDEO

media-hightechnic-468x90

Bakının Suraxanı rayonunda yol qəzası zamanı yaralanan qadın təcili yardım avtomobilində ölüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində baş verib.

1952-ci il təvəllüdlü Rəhmanova Hilda Cavad qızı yolu keçərkən onu Nurlan Həşimovun idarə etdiyi “Opel” markalı avtomobil vurub. Qadın xəsarətlər aldığından 11 saylı Təcili Tibbi Yardım Stansiyası Hövsan filialının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzinə gətirilib.

Hadisəni törətdiyi deyilən sürücü və H.Rəhmanovanın qohumları APA-ya bildiriblər ki, təcili yardım xidmətinin əməkdaşları yaralını xərəklə rentgen otağına apararkən xərək nasaz olduğundan qadın orada yerə düşüb və ağır xəsarət alaraq ölüb. Yaxınları onu da qeyd edirlər ki, hadisə zamanı xəsarət alan Hilda Rəhmanovanın huşu özündə olub.

Hazırda faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa