!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda bu avtobusda gediş haqqı niyə 80 qəpikdir? - AYNA-dan AÇIQLAMA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi ilə paytaxtın Şüvəlan qəsəbəsi arasında hərəkət edən 136 nömrəli marşrut xətti ləğv edilərək, BakıBus MMC-nin 140 və 140E nömrəli yeni müntəzəm marşrut xəttini istifadəyə verilib. Lakin Bakıətrafı kənd və qəsəbələrə hərəkət edən avtobusların qiyməti 55-60 qəpik olduğu halda, 140E nömrəli marşrut xəttinin qiyməti 80 qəpik təşkil edib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Yenicag.az-ın sorğusuna cavab olaraq bildirildi ki, 140 E – ekspress avtobus olduğuna görə qiymət də ona uyğun təyin olunub.

“Daha yüksək sürət və az dayanacaq sayı ilə uzun məsafələrə səfər etmək üçün hesablanan ekspress avtobuslarda gediş haqqı təqdim olunan xidmətə uyğun təyin edilir. Müntəzəm avtobus marşrutlardan fərqli olaraq, ekspress avtobuslarda fərqli gediş haqqı təyin edilə bilər”, – deyə qurumdan bildirilib.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv