!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda daha bir məşhur hoteldə karantin qaydaları pozulub? - VİDEO

!Reklam – Yazi

Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şösesində “Aysberq” hotelinin xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərməsi barədə sosial şəbəkələrdə yayılan görüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.

İdarədən Yenicag.az-a verilən məlumatda bildirilir ki, Səbail RPİ əməkdaşları tərəfindın qeyd olunan otelə baxış keçilib, qadağan olunan xidmət sahələri – idman, hovuz, restoranın fəaliyyət göstərmədiyi məlum olub. Həmin fotoşəkil 2017-ci ildə çəkilib.

***

Bakıda karantin qaydalarının pozulması ilə bağlı növbəti video yayılıb. 

Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, görüntülər “Hyatt Regency Baku” hotelində lentə alınıb.

Sosial şəbəkədə paylaşılan görüntülərdə insanların hotelin hovuzu ətrafında istirahət etməsi əks olunub.

Qeyd edək ki, dünən xüsusi karantin rejiminin “Fairmont Baku” hotelində də pozulması ilə bağlı görüntülər yayılmışdı. Video yayıldıqdan sonra polisin keçirdiyi əməliyyat zamanı həmin şəxslər saxlanılmışdı.

“Hyatt Regency Baku” hotelində çəkilən görüntüləri təqdim edirik:

COP29

www.yenicag.az

1231
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv