Bakıda dilənçi polis bölməsində damarlarını doğradı

114978_res_01Bakıda dilənçilik etdiyi üçün saxlanılan şəxs polis bölməsində intihara cəhd edib.

Səməd Vurğun parkında dilənçilik edən Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Rafiq Bəkirov Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

O, Nəsimi rayonu 22-ci Polis Bölməsinə gətirilib.

R.Bəkirov bölmənin giriş qapısına çatanda ağzından çıxardığı lezva ilə qolunun damarlarını kəsib.

Psioxoloji problemlərinin olduğu deyilən R.Bəkirov xəstəxanaya yerləşdirilib. O, tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıb(musavat).