Ötən gecə paytaxtda genişmiqyaslı reyd keçirilib. Reyd zamanı, əsasən sərxoş sürücülər hədəfdə olub. Amma bununla belə, digər qaydaları pozanlar da polis tərəfindən saxlanılaraq cərimələniblər.100-ə yaxın sürücü barəsində protokol tərtib edilib. Reyd ənənəvi mənzərələrlə zəngin idi. Söhbət sürücü- polis mübahisəsindən gedir.
Bu mübahisələr yol polisinin gecə Paytaxt küçələrində təşkil etdiyi reyddəndir. Müxtəlif qayda pozuntularına yol verən sürücülər polisin hədəfində olub. Əsasən də sərxoş sürücülər.
Bəzi sürücülərin içki qəbul etdiyi elə ilk baxışdan aydın hiss edilir. Özü etiraf etməsə də. Bəzi sürücülər isə spirtli içki qəbul etməsini evinin yaxında olması ilə əlaqələndirir. Saxlanılan sürücülərin əksəriyyəti spirtli içki qəbul etdiklərini gah inkar edirdilər gah da ki müəyyən ifadələrlə özlərinə haqq qazandırmağa çalışırdılar.
Reyd zamanı yalnız bir sürücü müəyyən miqdarda spirtli içki qəbul etdiyini boynuna alıb. Reyd zamanı təkcə sərxoş sürücülər deyil həm də digər qaydaları pozanlar da saxlanılaraq barələrində protokollar tərtib edilib. Bu sürücü avtomobili qadağan edilmiş plyonka ilə sürməyi az deyilmiş kimi heç bir sənədi də yoxdur. Səbəb soruşduqda isə deyir ki cavanlıqdır da.
Avtomobili sənədsiz idarə edən təkcə bu sürücü deyildi. Bu şəxs hələ sürücüdən qabaq polislə mübahisə edir. Daha sonra dialoqa sürücü qoşulur. Bir neçə saat davam edən reyd zamanı 100-ə yaxın sürücü haqqında protokol tərtib olundu və avtomobilləir cərimə meydançasına aparıldı.Yol polisindən verilən məlumata görə belə reydlər mütəmadi olaraq keçiriləcək.
(xezerxeber.com)
www.yenicag.az