Bakıda həyətdən 4500 manatlıq oğurluq olub.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi qəsəbəsindəki həyətlərin birinin saxlanc yerindən 4500 manat dəyərində məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elşən Əşrəfov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
www.yenicag.az