Bakıda homoseksual öldürülüb
Paytxatda törədilmiş qətl hadisəsinin təfərrüatları məlum olub.
Oktyabrın 11-də Xəzər rayonunun Zirə qəsəbəsində baş vermiş qətlin təfərrüatları məlum olub. Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, qəsəbə sakini A.M aralarında yaranmış mübahisə zəminində həmyerlisi O.R-i istifadəsiz tikilidə öldürüb.
1995-ci il A.M 50 yaşlı O.R-ya 10 bıçaq xəsarəti yetirib. O.R aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
19 yaşlı A.M qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub.
Kiriminalistlər 50 yaşlı O.R-in meyitini çılpaq halda aşkar edib. A.M O.R-ni mətbəx bıçağı ilə qətlə yetirib.
A.M-in sözlərinə görə, O.R ilə axşam tanışlarının toyundan bir gün əvvəl, toy axşamında əylənmək istəyiblər. O.R A.M-ə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib.
Cütlük yarımçıq tikiliyə gedərək cinsi əlaqədə olur. Cinsi əlaqəyə girəndən sonra O.R A.M-yə vəd etdiyi pulu verməkdən imtina edib. Bundan sonra hirslənən 19 yaşlı A.M 50 yaşlı O.R-nı öldürüb.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır. (qafqazinfo.az)