Bakıda lift şaxtaya düşdü: 4 yaralı  

media-hightechnic-468x90

Bakının Nəsimi rayonunda binada bədbəxt hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə Abdulvahab Salamzadə küçəsi 9 ünvanında baş verib.

Hündürmərtəbəli binada 4 nəfər liftlə aşağı düşmək istəyən zaman qurğuda nasazlıq yaranıb. Nəticədə lift sürətlə şaxtaya çırpılıb. İçəridə olan 1995-ci il təvəllüdlü Poladov Vaqif Əfqan oğlu, 1996-ci il təvəllüdlü Məmmədov Təbriz Hüseynağa oğlu, 1982-ci il təvəllüdlü Məmmədov Fərid Fərman oğlu və Əliyev Seymur İbad oğlu müxtəlif dərəcəli sınıq xəsarətləri alıb.

Yaralılar təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. (Report)

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa