Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Şəhər sakini Məmmədov Tehran Akif oğlu idarə etdiyi “Mercedes” markalı 90-MD-396 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Ramana qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılıb.
Hadisə nəticəsində sürücü aldığı xəsarətdən ölüb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb./Trend/
www.yenicag.az