!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda polislər 10 gündür evlənən cütlüyün həyatını belə xilas etdi - FOTO

!Reklam – Yazi

Bakının Suraxanı rayonunda polis əməkdaşları noyabrın 25-də ailə quran gəncləri ölümdən qurtarıb.

DİN-dən Yenicag.az-a verilən xəbərdə bildirilib ki, dekabrın 2-də Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinə Yeni Günəşli qəsəbəsi V yaşayış massivi ev 16 mənzil 33-dən qonşu mərtəbədə yerləşən mənzilə su axması və içəridən xırıltı səslərinin gəlməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə yollanan bölmənin sahə inspektoru polis kapitanı Nazim Əzizov və əməliyyat müvəkkili polis leytenantı Pünhan Mehdiyev vəziyyətə operativ qiymət verərək evdə olan şəxslərin dəm qazından zəhərlənməsini müəyyən ediblər. Bundan sonra polislər qonşuların iştirakı ilə ikinci mərtəbə yerləşən mənzilin eyvanındakı pəncərəni qıraraq içəri daxil olublar.

Bu zaman polislər mənzildə Toğrul Hidayətzadə və onun həyat yoldaşı Ayseli halsız vəziyyətdə aşkar edərək onlara ilkin tibbi yardım göstəriblər. Təcili tibbi yardım gələnə qədər qədər polis kapitanı N.Əzizov dəm qazından zəhərlənən şəxslərə süni nəfəs verərək onları həyata qaytarmağa nail olub.

Daha sonra hər iki şəxs 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinə yerləşdirilib. Artıq dəm qazından zəhərlənən şəxslərin həyatına heç bir təhlükə yoxdur və onlar özlərini normal hiss edirlər. Toğrul Hidayətzadə onun və həyat yoldaşının həyatını xilas edən, ailələrində baş verə biləcək faciənin qarşısını alan polis əməkdaşlarına öz təşəkkürünü bildirib.

Dəm qazından zəhərlənən şəxsləri xilas edən əməkdaşlardan biri, polis kapitanı N.Əzizov “Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi”nə həsr olunmuş “Ən yaxşı polis sahə inspektoru” nominasiyasında keçirilmiş müsabiqədə 2-ci yeri tutub və nazirliyin rəhbərliyi tərəfindən xüsusi doplomla təltif edilib.

 

COP29

www.yenicag.az

3244
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv