Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda qiymətli tarixi tapıntı: Sultan Süleymana aid fərman - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Nailə Süleymanova institutda saxlanılan arxeoqrafik sənədlər arasında Osmanlı dövlətinin onuncu padşahı Qanuni Sultan Süleymanın hibənaməsini (torpaq bağışlanması haqqında fərman) aşkar edib.

İnstitutdan Qaynarinfo-ya verilən məlumata görə, hibənamə hicri 975-ci (miladi 1566) ildə İstanbulda (Konstatiniyyə) cəli xətti ilə qara, qızılı və göy rəngli mürəkkəblə əski əlifbada türk dilində yazılıb. Tumar (lülə) şəklində olan hibənamənin ölçüsü 30×180 santimetrdir.

Hibənamənin sonunda vəzirlərdən Muhəmməd bin Əbdülhəyy, Pərtəv bin Əbdülhəyy, Fərhad bin Əbdülhəyy, qazıəskərlərdən Əhməd bin Mustafa (Rumeli), Hüseyn bin Əbdülhəyy (Anadolu) və şahid olaraq Əhməd bin əl-Dəftəri (Rumeli) imza atıblar.

Loading...

www.yenicag.az

821
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100