Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda yarışa çıxan “Mercedes” maşına çırpıldı - Qəza anının VİDEOSU

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, qəza anı hərəkətdə olan digər nəqliyyat vasitəsində olan kamrelara görüntülənib.

Görüntülərdən də göründüyü kimi, əvvəlcə ağ rəngli “Mercedes” markalı avtomobil yüksək sürətlə təhlükəli manevr edərək hərəkəti davam etdirir. Bu zaman onun arxasınca sürətlə gələn digər “Mercedes” markalı avtomobil yolun sol zolağı ilə hərəkət edən avtomobilə arxadan çırpılır.

Hadisə zamanı qəzanı törədən “Mercedes”in sürücüsü yüngül xəsarətlər alıb. Qəza yerinə yol polis əməkdaşları gəliblər. Sürücülərin izahatı alınıb. Avtomobillər cərimə meydançasına aparılıb.

Faktla əlaqədar araşdırmalar aparılır.

www.yenicag.az

1654
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM