Bakıda yerindən qalxa bilməyən ağır çəkili şəxsin köməyinə FHN yetişdi

media-hightechnic-468x90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal, Nərimanov və Suraxanı rayonları ərazilərində ümumilikdə 4 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmaları, Nəsimi rayonu ərazisində 1 nəfərin intihara cəhd etməsi, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1 nəfərin ağır çəki səbəbilə mənzili tərk edə bilməməsi barədə məlumatlar daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən xəbərə görə, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 4-ü azyaşlı olmaqla 6 nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa