Bakıda zəncirvari qəza

media-hightechnic-468x90

Ötən gecə Bakıda zəncirvari qəza baş verib.

Yenicag.az xəbər verir ki, hadisə gecə saat 01 radələrində Ziya Bünyadov prospektində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, şəhər istiqamətində hərəkət edən “Toyota Land Cruiser”, “Hyundai Elantra” və iki ədəd “Mercedes E-class” markalı 4 avtomobilin qəzaya uğramasına ilkin ehtimal kimi qarşıda olan “Mercedes”lərdən birinin sürücüsünün qəflətən əyləci basması səbəb göstərilir.

Hadisə zamanı ciddi xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.

Trend

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa