İyunun 22-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə paytaxtda təmizlik və abadlıqla bağlı növbəti genişmiqyaslı daxili ümumşəhər iməciliyi keçirilib.
Bu barədə Yenicag.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 550 əsas küçə, prospekt və məhəllədaxili yolunun yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib, rəngbərəng güllər əkilib.
Paytaxtın bütün rayonlarını əhatə edən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə verir.
www.yenicag.az