Bakının əsas prospekti bağlanır

media-hightechnic-468x90

“Azəravtoyol” ASC tərəfindən 12-22 mayda Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə start verilir.

ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, “Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Neftçilər prospekti “Azneft meydanı”ndan başlanılır.

Bu məqsədlə axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Neftçilər prospektinin “Azneft meydanı”ndan Bakı İdman Sarayına qədər olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaq üzrə hissə-hissə məhdudlaşdırılacaq.

“Oyunlar zolağı”nın kənarlarına sarı xətt çəkiləcək, asfalt üzərində isə təyin edilən yerlərdə “Bakı 2017” sözləri yazılacaq.

“Oyunlar zolağı”nın Neftçilər prospektinə (“Azneft meydanı” – Bayraq Meydanı), Bakı-Ələt yolunun 2-14 km-lik hissəsinə, Bakı Dairəvi-1 avtomobil yoluna, Moskva, Ziya Bünyadov və Atatürk prospektilərinə, Vaqif və Hənifə Ələsgərov küçələrinə, həmçinin Tbilisi prospektinə çəkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Azəravtoyol” ASC Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.

Yeniçağ.az

media-ziraat-728x90

Bakının əsas prospekti bağlanır

media-hightechnic-468x90

prospektsamir8Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib ki, bu gün saat 22:00-dan Hüseyn Cavid prospektində yolun hərəkət hissəsinin üfüqi nişanlanması ilə əlaqədar prospektin bir hissəsində hərəkət tam bağlanacaq, bəzi hissəsində isə qismən məhdudlaşdırılacaq.

Təmir işlərinin aprelin 18-nə keçən gün səhər 4:00-da bitməsi planlaşdırılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600