Bakının HAQLI İDDİALARI: “Sülh əldə olunarsa, müəyyən güzəştlərə baxıla bilər”
“Ermənistanın gələcəkdə özünü hansı tərzdə aparacağından çox şey asılıdır”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O, sülh prosesində müsbət addımlar atan Ermənistanın işğal dövründə ölkəmizə qarşı törətdiyi maddi, mədəni, milli, mənəvi və tarixi zərərlərə görə Azərbaycanın haqlı olaraq qaldırdığı məhkəmə iddialarına mümkün reaksiyasından danışıb.
Deputat bildirib ki, hər bir məsələyə Azərbaycanın maraqları çərçivəsində yanaşılır.
“Ermənistanın gələcəkdə özünü hansı tərzdə aparacağından çox şey asılıdır. Yekun sülh əldə olunduqdan sonra milli maraqlar çərçivəsində müəyyən güzəştlərə baxıla bilər”, – deyə deputat bildirib.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Samir Məcidov