Bakının sülh STRATEGİYASI: "Qapını bağlamaq yetmir, kilidləmək lazımdır" - VİDEO
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi niyə hələ də imzalanmır? Regionda hər kəsi düşündürən bu sualın cavabını Yenicag.az-a türkiyəli jurnalist, “Time Media” şirkətinin direktoru Ali Kan sadə dildə izah edib:
Əslində, sülh heç vaxt olmadığı qədər yaxındır. Bölgədə buzlar əriyir nəqliyyat yolları, dəmir yolu layihələri, ticarət dəhlizləri və enerji marşrutları yenidən masadadır. Yəni illərdir qapalı qalan qapıların açılacağı yeni bir dövrə qədəm qoyuruq.
Prezident İlham Əliyevin mövqeyi konkret və birmənalıdır: “Bu məsələ birdəfəlik həll olunsun, sülhü sabah imzalayaq”. Bəs əsl problem nədədir?
Azərbaycanın əsas tələbi Ermənistan konstitusiyası ilə bağlıdır. Rəsmi Bakı bildirir ki, Ermənistanın Ana Qanununda Qarabağla bağlı gələcəkdə ərazi iddiasına yol aça biləcək ifadələr hələ də qalmaqdadır. Bu gün sülh imzalana bilər, lakin sabah Ermənistanda kimlərsə çıxıb “konstitusiya bizə bu haqqı verir” deyərsə, sülh müqaviləsi yenidən mübahisə predmetinə çevrilə bilər.
Hazırkı Nikol Paşinyan hökuməti sülhə yaxın xətt izləyə bilər, bəs sabah iqtidar dəyişərsə nə olacaq? Daha radikal və revanşist bir qüvvə hakimiyyətə gələrsə, vəziyyət necə dəyişəcək? Azərbaycan məhz bu risk ehtimalını tamamilə ortadan qaldırmaq istəyir.
Daha ətraflı video materialda:
Məsimə Məmmədova













