Metronun “Bakmil” stansiyasında təmir işləri bu ayın sonunadək yekunlaşacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib.
O bildirib ki, dekabr ayının 1-dək artıq bütün işlərin yekunlaşdırılması və stansiyanın sərnişinlərin istismarına verilməsi nəzərdə tutulur. Hazırda metronun “Bakmil” stansiyasında sərnişinlərin təhlükəsizliyi üçün giriş-çıxışlara məhdudiyyətlər tətbiq edilir.
www.yenicag.az