“Bankların batacağı ilə bağlı səslənən fikirlər populist, məsuliyyətsizdir”

media-hightechnic-468x90

trend_central_bank_main_110110Azərbaycan Mərkəzi Bankının məcmu kapitala olan tələbini yerinə yetirməyən banklarla fərdi olaraq xüsusi kapitallaşma proqramı imzalanıb.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisdə Nazirlər Kabinetinin 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Baş bankirin sözlərinə görə, belə bir həssas məqamda bankların bağlanması ilə bağlı qərar bazara mənfi təsir edə bilərdi: “Bəzən bankların batacağı ilə bağlı fikirlər səsləndirilir. Bu fikirlər populist, məsuliyyətsiz fikirlərdir. Əslində bu fikri səsləndirənlər özləri problem yaradırlar. Bank sistemində həm bir problem yoxdur. Banklarda kifayət qədər kapitallaşma gedib. Biz sabitləşdirici tədbirlər görmüşük və bu siyasəti davam etdirəcəyik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600