Bakıda qaynaq aparatı ilə bankomatdan 40 min manat oğurladığı üçün tutulan şəxsin digər cinayətlərinin üstü açılıb.
Hüquq-mühafizə orqanlarından Yenicag.az-a verilən məlumata görə, paytaxtın Xətai rayonu ərazisində bankomatdan 40 min manat oğurladığı üçün həbs edilən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Əhmədovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun Biləsuvarda məcburi köçkün düşərgəsində, Şirvan şəhəri Hacı Qəhrəmanlı qəsəbəsi ərazisindəki və Sarvan qəsəbəsi ərazisində quraşdırılmış bankomatlardan ümumilikdə 345 min manat, Ucar rayonunun Qazıqumlaq kəndində quraşdırılmış bankomatdan 10 min 500 manat oğurlaması müəyyən edilib.
www.yenicag.az