Səudiyyə Ərəbistanında maraqlı qanun qəbul edilib.
Yenicag.az xəbər verir ki, sözügedən ölkədə “Barselona”nın üzərində “Qatar Airways” yazılı formasını geyinən şəxslər 15 il müddətinə həbs olunacaqlar. Bundan başqa həmin şəxs 135 min avro cərimə ödəməli olacaq. Bu barədə İtaliyanın “Sky İtalia” telekanalı məlumat yayıb.
Qeyd edək ki, bu qərara səbəb Səudiyyə Ərəbistanı ilə Qətər dövləti arasındakı diplomatik münasibətlərin pozulmasıdır. Belə ki, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Yəmən, Misir, Bəhreyn, Maldiv, Mavriki və Səudiyyə Ərəbistanı Qətəri terrorçulara dəstək verməklə ittiham edib və diplomatik münasibətləri kəsib.
Onu da xatırladaq ki, “Qatar Airways” “Barselona”nın keçmiş sponsorudur. Kataloniya təmsilçisi yeni mövsümdən etibarən üzərində Yaponiyanın “Rakuten” şirkətinin adı yazılmış formalarla çıxış edəcək.
www.yenicag.az