!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş infeksionist: "Koronavirusa yoluxma dəfələrlə artıb"

!Reklam – Yazi

“Əhali Nazirlər Kabineti yanında Operativ qərargahın müəyyən etdiyi qaydalara əməl etməsə, koronavirusa yoluxma sayı daha da arta bilər”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev “Real TV”yə deyib.

C. İsayevin sözlərinə görə, əhalinin 0,1 faizində koronavirus aşkarlanıb. Aşkar edilənlərin 1,2 faizində letallıq göstəricisi müşahidə edilib.

Baş infeksionist qeyd edib ki, Azərbaycanda epidemioloji vəziyyət hələ nəzarət olunan səviyyədədir:

“Bu nəticəni saxlamağın özü də bir müvəffəqiyyətdir. İnsanlar qaydalara əməl etsələr, yoluxma və ölüm sayı daha aşağı olar”.

C.İsayev ölkədə yoluxmanın dalğavari gedişatının müşahidə edildiyini söyləyib:

“Aprelin 27-dək xəstələnmə halları tam aşağı düşmüşdü. İndi yoluxma dəfələrlə artıb. Bu, epidemiyanın dalğavari gedişidir. Epidemiya hələ davam edir. Epidemiyanın ikinci dalğasının olub-olmaması haqqında konkret fikir söyləmək hələ tezdir. Nəticələr təhlil edildikdən sonra bu barədə fikir söyləmək olar”.

Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxma halları kəskin artıb. Hər sutka ərzində qeydə alınan yeni yoluxma hallarının sayı 300-ü ötüb.

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv