Baş nazir “daşı daş üstündə qoymamağı” əmr etdi

media-hightechnic-468x90

87579Malayziyada hellikopter qəzaya uğraması nəticəsində baş nazir Mohammad Najib Tun Abdul Razakın yaxın ətrafından olan altı nəfər ölüb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, qəza Malayziyanın paytaxtı Kuala-Lumpurun şəhər ətrafı hissəsində baş verib. Vertolyotda olan sərnişinlər baş nazirin qızının toyundan geri qayıdırdılar.

Bildirilir ki, ölən 6 nəfərdən ikisi yüksək rütbəli məmur olub. Onlardan biri baş nazirin dəftərxanasının rəisi, deputat, əvvəllər isə Malayziyanın ABŞ-dakı səfiri olmuş Azlin Aliasdır.

Şahidlərin sözlərinə görə, vertolyot yerə düşməzdən əvvəl havada partlayıb. Baş nazir Mohammad Najib Tun Abdul Razak müstəntiqlərə hadisəni araşdırarkən diqqətli olmağı, “daşı daş üstündə qoymamağı” əmr edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600