Baş nazirin yumoru güldürdü

media-hightechnic-468x90

79505Lüksemburqda baş nazirin keçirdiyi mətbuat konfransı zamanı gülməli hadisə yaşanıb.

Ölkənin baş naziri Ksavye Bettel mətbuat konfransında çıxış edən zaman, müxbirlərdən birinin, nazirin səsyazısını əldə etmək üçün istifadə etdiyi telefonuna zəng gəlib.

Telefonun səsi konfransın gedişinə mane olduğu üçün nazir vəziyyətə özü müdaxilə etməli olub.

“Sizin yerinizə cavab vermək olarmı?”, deyə baş nazir telefonun sahibindən icazə alaraq cavab verib:

“O, indi məşğuldur. On dəqiqəyə yenidən zəng edin”.

Onun bu hərəkəti mediya nümayəndələri arasında gülüş doğurub.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600