Basketbol matçında qorxu dolu anlar yaşanıb-Video,Fotolar
Yenicag.az-ın məlumatına görə, Türkiyə Basketbol Liqasında oynanan Beşiktaş Integral Forex-Qalatasaray Liv Hospital matçında qorxu dolu anlar yaşanıb.
Beləki, Matçın ikinci yarısında çənəsi rəqibinin dizinə dəyən basketbolçu Kerem Gönlüm yerə yıxılıb və dili qatlanıb. Təcrübəli oyunçu hərəkətsiz vəziyyətdə yerdə uzanarkən, dərhal təcili yardım mütəxəssisləri ilk müdaxiləni edib.
Daha sonra basketbolçu xəstəxanaya yerləşdirilib.
Kərəm Gönlümün ardında digər basketbolçu Doğan Şənliyində başına bənzər hadisə gəlib. Onun yanaq sümüyünün qırıldığı bildirilir.
Qeyd edək ki, hər iki basketbolçunun vəziyyətinin yaxşı olduğu deyilir.