Futbol üzrə Almaniya çempionatında bu mövsümün qalibi müəyyənləşib.
Yenicag.az xəbər verir ki, “Bavariya” 29-cu tur çərçivəsində səfərdə “Auqsburq”a 4:1 hesabı ilə qalib gələrək çempionatın bitməsinə 5 tur qalmış çempionluğu rəsmiləşdirib. Münhen klubu bu qələbə ilə ən yaxın izləyici “Şalke” ilə xal fərqini 17-yə yüksəldib.
Beləliklə, “Bavariya” tarixində arıdıcıl 6-cı, ümumilikdə 28-ci dəfə ölkə çempionu olub.
Qeyd edək ki, “Bavariya”nın hazırda 69 xalı var.
www.yenicag.az