Bayramov buna görə Qazaxıstan xalqına təşəkkür etdi

media-hightechnic-468x90

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasında dərhal sonra göstərilən operativ yardıma görə Qazaxıstan dövlətinə və xalqına təşəkkür edib.

media-banner_tuq

Yenicag.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı Qazaxıstan xarici işlər naziri ilə birgə mətbuat konfransında danışıb.

“Sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından dərhal sonra aktarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsində yüksək operativlik göstərdiyinə və bütün məsələlərdə yaxından dəstək verdiyinə görə Qazaxıstan tərəfinə və bütün qazax xalqına təşəkkür edirəm”, – o bildirib.

XİN başçısı əlavə edib ki, Azərbayxan və qazax xalqları arasında tarixən mövcud olan qardaşlıq, birgə adət-ənənə, mədəniyyət və dil ortaqlığı, dövlət başçıları arasında qarşılıqlı hörmət və etimada əsaslanan açıq və səmini münasibətlər iki ölkə arasında əlaqələrin əsasını təşkil edir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05