Bazarların gizli qanunları: "Bu, dövlətə qarşı çıxmaqdır" - Sabir Rüstəmxanlı / VİDEO
“Bazarlarda, alış-veriş mərkəzlərində qiymətlər inhisar altındadır”.
Yenicag.az xəbər verir ki, bunu “Sabir Rüstəmxanlı söhbətləri”ndə bu dəfə ölkədəki bahalaşmadan danışılarkən millət vəkili deyib.
Xalq şairi, millət vəkili S.Rüstəmxanlı hesab edir ki, bu sahənin inhisara alınması əhalinin rifahı üçün görülən bütün işlərin təsirini azaldır, insanlar əmək haqlarının artmasını, müəyyən güzəştləri öz həyatlarında hiss edə bilmir:
“Bazarlarda, alış-veriş mərkəzlərində qiymətlər inhisar altındadır. Əhalinin rifahı üçün imzalanmış Prezident sərəncamları və qanunlar qüvvəyə minməmiş bazarların gizli qanunları qüvvəyə minir. Bu, dövlətə qarşı çıxmaqdır. Adama elə gəlir ki, qanunlarımızla bazar arasında fasiləsiz bir savaş gedir”.
https://www.youtube.com/watch?v=OiroKBqITEI