BDU-da “Elm – gücdür” layihəsi start götürdü
Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin tələbə həmkarlar ittifaqı komitəsi (THİK) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəsislər Şurası ilə birgə tələbə gənclər arasında elmə olan marağı artırmaq məqsədilə “Elm – gücdür” layihəsinə başlayıb.
Layihə çərçivəsində AMEA-nın Geologiya və Geofizika İnstitutunun gənc alimləri ilə universitetin geologiya fakültəsinin tələbələrinin görüşü təşkil olunub.
Tədbirdə THİK-in sədri, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərov layihənin əhəmiyyətindən söz açıb, Azərbaycan elminin gələcək inkişafında gəncləri fəal iştiraka çağırıb.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famil Salmanov qeyd edib ki, bu cür görüşləri gənclərin müvafiq sahə üzrə ixtisaslarına uyğun olaraq bilmədikləri məsələləri, problemləri öyrənməsində böyük əhəmiyyət kəsb edəcək.
Geologiya və Geofizika İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rafiq Səfərov təmsil etdiyi qurumda apardığı tədqiqatlarla bağlı slayd nümayiş etdirib.
Sonra tələbələrin sualları cavablandırılıb.