BDU-nun tələbəsi Türkiyədə şer müsabiqəsinin qalibi oldu

media-hightechnic-468x90

14265212002404660833_750x500Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Ulucay Məmmədov Türkiyənin “Vatan” və “Sabah” qəzetlərinin birgə layihəsi olan Nazim Hikmət Ranın xatirəsinə həsr edilən şeir müsabiqəsində qalib gəlib. “Gənc şairlərdən sərbəst və qısa şeirler” layihəsində iştirak edən U.Məmmədov “Bir fincanlıq sevgi” şeiri ilə müsabiqəyə qatılıb.

Yenicag.az xəbər verir ki bildirilib ki, azərbaycanlı tələbə münsiflər heyəti tərəfindən seçilərək birinci yerə layiq görülüb.

Qeyd edək ki, 2014-cü ildə BDU-da “İlin ən yaxşı tələbəsi” seçilən U.Məmmədov beş ildir yaradıcılıqla məşğuldur. Azərbaycan Yazıçılar Birliyinin Gənc Ədiblər və Axın Poeziya klublarının, Türkdilli Gənclər Birliyinin yaradıcılıq departamentinin üzvüdür. Bir sıra yerli mətbuat orqanlarında tərcüməçi və jurnalist kimi fəaliyyət göstərir. “Jurnalistika” futbol komandasının üzvüdür. Şahmat oynamaq, musiqi ilə məşğul olmaq onun sevdiyi məşğuliyyətlərdəndir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600